Məzmuna keç

Hövsanda 1 nəfər dənizdə batdı

Fövqəladə Hallar Nazirliyinin (FHN) Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi yaxınlığında, dənizdə (ən yaxın sularda xilasetmə məntəqəsindən təqribən 600 metr aralı, nəzarətsiz ərazi) 1 nəfərin batması barədə məlumat daxil olub.

Fövqəladə Hallar Nazirliyindən e-huquq.az-a bildirilib ki, Nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin xilasediciləri tərəfindən həyata keçirilən tədbirlər nəticəsində meyit sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.