Məzmuna keç

Qobustanda ağır qəza –

Qobustanda ağır yol qəzası olub, ölənlər var.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan e-huquq.az-a verilən məlumata görə, bu gün axşam saatlarında Qobustan rayonunun Şıxzahırlı ərazisində "Mercedes" markalı avtomobilin sürücüsü, 1985-ci il təvəllüdlü Cavid Mürsəliyevin idarəetməni itirməsi nəticəsində nəqliyyat vasitəsi yoldan çıxaraq aşıb.

Sürücü və avtomobildəki sərnişin 1988-ci il təvəllüdlü Cavid Həmzəyev aldıqları xəsarətlərdən hadisə yerində ölüblər.

Faktla bağlı araşdırma aparılır.