Batma təhlükəsi ilə üzləşən 2 nəfər xilas edilib.
Bu barədə e-huquq.az-a FHN-dən bildirilib.
Belə ki, Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti tərəfindən “Şüvəlan” və “Mərdəkan” sularda xilasetmə məntəqələrinin ərazisində çimərkən batma təhlükəsi ilə üzləşən 2 nəfər xilas olunub.
