Məzmuna keç

İmişlidə 29 yaşlı kişi göldə boğuldu

İmişli rayonunda göldə qayığın aşması nəticəsində 29 yaşlı kişi həyatını itirib.

E-huquq.az xəbər verir ki, hadisə rayon ərazisində yerləşən “Sarısu” gölündə baş verib.

İlkin məlumata görə, rayon sakini, 1995-ci il təvəllüdlü Aslanov Elşad Şükür oğlu “Sarısu” gölündə ov edən zaman qayıq aşıb.

Nəticədə o, göldə boğularaq ölüb. Meyit sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.