- 21 Mart 19:24
Kəlbəcərdə avtomobil qəzası zamanı ölən sürücünün meyiti tapılıb.
E-huquq.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Gəncə Regional qrupundan bildirilib.
Belə ki, R.Şahbazovun meyiti tapılaraq adiyyəti üzrə təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.
***
11.54
Kəlbəcər rayonu Comərt kəndində ağır yol-nəqliyyat hadisəsi nəticəsində öldüyü deyilən sürücünün meyiti tapılmayıb.
Daxili İşlər Nazirliyinin Gəncə Regional qrupundan e-huquq.az-a verilən məlumatına görə, nəqliyyat vasitəsinin sürücüsü R.Şahbazovun meytini sel sularının apardığı ehtimal edilir
Onun axatarışlarına başlanılıb.
***
08.18
Kəlbəcərdə ölümlə nəticələn ağır yol-nəqliyyat hadisəsi baş verib.
E-huquq.az xəbər verir ki, hadisə rayonun Comərt kəndində qeydə alınıb.
Şirvan şəhər sakini 1981-ci il təvəllüdlü Rəhim Şahbazov “Howo” markalı yük avtomobili ilə hərəkətdə olan zaman idarəetməni itirib.
Nəticədə avtomobilin sürücüsü və sərnişin 1998-ci il təvəllüdlü Bəhrəm Sadıqov hadisə yerində ölüblər.
Faktla bağlı araşdırma aparılır.