Bakıda ikimərtəbəli evdə yanğın oldu


  • 14 Aprel 10:08

Bakı şəhərinin Xəzər rayonunda yanğın olub.

Fövqəladə Hallar Nazirliyindən e-huquq.az- verilən məlumata görə, rayonda ümumi sahəsi 380 m² (hər mərtəbəsi 190 m²) olan ikimərtəbəli 6 otaqlı evin 1-ci mərtəbəsində 1 otağın və mətbəxin yanar konstruksiyaları 150 m² sahədə yanıb.

Yüksək temperaturdan evin 2-ci mərtəbəsində eyvanın lambirdən ibarət tavanı 40 m² sahədə deformasiyaya uğrayıb.

Evin qalan hissəsi və bitişik tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Oxşar xəbərlər