Qəbələdə iki ton ot bağlaması yandı


  • 14 Aprel 22:11

Qəbələ rayonunun Böyük Əmili kəndində ümumi sahəsi 136 m² olan tövlənin yanar konstruksiyaları və çardağına yığılan 2 ton ot bağlaması yanıb.

E-huquq.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Bildirilib ki, yaxınlıqdakı ev yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Oxşar xəbərlər