Qubada 18 yaşlı oğlan bıçaqlandı


  • 19 Aprel 09:21

Quba şəhərində 18 yaşlı oğlan bıçaqlanıb.

E-huquq.az xəbər verir ki, hadisə "Quba Şəhər Meydanı" adlanan ərazidə qeydə alınıb.

2006-cı il təvəllüdlü Kənan Zaidov münaqişə zəminində tanışı olan həmyaşıdı Ayaz Həşimovu bıçaqlayıb.

Faktla bağlı cinayət işi başlanılıb, Kənan Zaidov tutulub.

Oxşar xəbərlər