Salyanda avtomobillər toqquşub, xəsarət alanlar var


  • 19 Aprel 09:26

Salyanda baş verən yol qəzasında 3 nəfər xəsarət alıb.

E-huquq.az, Qalalı kəndində “Hyundai” markalı avtomobil “VAZ-21015”-lə toqquşub.

Qəza nəticəsində rayonun Arbatan kənd sakinləri - 2002-ci il təvəllüdlü Həsənov Kərim Rövşən oğlu, 2003-cü il təvəllüdlü Məmmədov Əlisəfa Telman oğlu və 2001-ci il təvəllüdlü Mənəfov Nurlan Abdul oğlu müxtəlif dərəcəli xəsarətlər alıblar.

Yaralılar Salyan Mərkəzi Rayon Xəstəxanasına çatdırılıblar.

Faktla bağlı araşdırma aparılır.

Oxşar xəbərlər