Masazırda evdə yanğın oldu


  • 24 Aprel 20:18

Masazırda evdə yanğın olub.

Bu barədə e-huquq.az-a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

Bildirilib ki, Abşeron rayonunun Masazır qəsəbəsində ümumi sahəsi 130 m² olan ikimərtəbəli 4 otaq və qarajdan ibarət evin 1-ci mərtəbəsinin yanar konstruksiyaları və içərisində olan əşyalar yanıb.

Yüksək temperaturdan 2-ci mərtəbənin 1 otağında 1 ədəd televizor və 1 ədəd kondisioner qismən əriyib. Evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Oxşar xəbərlər