Yevlaxda avtomobil aşıb, ölən və xəsarət alan var


  • 25 Aprel 21:45

Yevlaxda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi olub.

E-huquq.az xəbər verir ki, minik avtomobilinin idarəetmədən çıxaraq aşması nəticəsində, Bərdə rayon sakini, 1991-ci il təvəllüdlü Habil İsmayılov aldığı xəsarətlərdən dünyasını dəyişib.

Avtomobildə olan daha 1 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb və xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Oxşar xəbərlər