Yasamalda 16 yaşlı yaşlı qızı avtomobil vurub


  • 26 Aprel 09:18

Bakının Yasamal rayonunda piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

E-huquq.az-ın məlumatına görə, metronun "Elmlər Akademiyası" stansiyasının yanında avtomobil yolu keçən 2008-ci il təvəllüdlü Cahangirova R.-ni vurub.

Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona qapalı kəllə-beyin travması diaqnozu qoyulub.

Faktla bağlı araşdırma aparılır.

Oxşar xəbərlər