Bakıda yol-nəqliyyat hadisəsi olub, xəsarət alan var


  • 29 Aprel 09:15

Bakının Qaradağ rayonunda 47 yaşlı kişi yol-nəqliyyat hadisəsi zamanı xəsarət alıb.

E-huquq.az xəbər verir ki, hadisə Lökbatan qəsəbəsində qeydə alınıb. 1977-ci il təvəllüdlü Abdullayev Rasim Əliağa oğlunun idarə etdiyi motosiklet minik avtomobili ilə toqquşub.

Hadisə zamanı xəsarət alan R.Abdullayev təcili tibbi yardımın köməkliyilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona müştərək travma diaqnozu qoyulub.

Fakt araşdırılır.

Oxşar xəbərlər