Göyçay sakini qətlə yetirildi, şübhəli şəxs qismində oğlu saxlanıldı


  • 29 Aprel 22:38

Göyçay sakini qətlə yetirilib, şübhəli şəxs qismində oğlu saxlanılıb.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan e-huquq.az-a bildirilib ki, aprelin 29-u saat 21 radələrində Göyçay rayon sakini, 1961-ci il təvəllüdlü Əhmədov Eynulla Sahabqulu oğlunun əllə yetirilən xəsarətdən ölməsi barədə polisə məlumat daxil olub.

Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən E.Əhmədovun oğlu Kamal Əhmədov saxlanılıb.

Araşdırma aparılır.

Oxşar xəbərlər