Lənkəranda avtobus 85 yaşlı piyadanı vuraraq öldürüb


  • 30 Aprel 16:19

Lənkəranda avtobus piyadanı vurub.

E-huquq.az xöəbər verir ki, hadisə Lənkəran şəhərinin Şəhidlər xiyabanı küçəsində qeydə alınıb. Lənkəran şəhəri ərazisində fəaliyyət göstərən "Dairəvi-1" marşrutu xətti üzrə hərəkət edən "PAZ" markalı avtobus, 1939-cu il təvəllüdlü İbrahim İbrahimovu vurub. Piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.

DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan e-huquq.az-a verilən məlumata görə, aprelin 30-da saat 15 radələrində Lənkəran rayon sakini T.Məhərrəmovun idarə etdiyi sərnişin avtobusu ilə yolu keçmək istəyən piyada 1939-cu il təvəllüdlü İ. İbrahimovu vurub. Piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.
Araşdırma aparılır.

Oxşar xəbərlər