Lənkəranda ağır yol qəzası baş verib, ölən var


  • 1 May 08:54

Lənkəranda ağır yol-nəqliyyat hadisəsi baş verib.

E-huquq.az-ın əldə etdiyi məlumata görə hadisə Lənkəran şəhəri, Ş.Xiyabani küçəsi ərazisində qeyd alınıb.

Belə ki, 1970-ci il təvəllüdlü, Məhərrəmov Taleh Abidin oğlu sürücülük hüququ olmaqla idarə etdiyi idarə etdiyi “Paz” markalı avtomobil ilə Lənkəran şəhəri, Ş.Xiyabani küçəsi ərazisində hərəkətdə olan zaman həmin vaxt avtomobil yolunu piyada keçən 1939-cu il təvəllüdlü, İbrahimov İbrahim Əskər oğlunu vuraraq yol-nəqliyyat hadisəsi törədib.

Nəticədə İbrahim İbrahimov hadisə yerində ölüb.

Faktla bağlı Cinayət Məcəlləsinin 263.2-ci (Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma) maddəsi ilə cinayət işi başlanaraq ibtidai istintaq aparılır.

Orxan Rasifoğlu

Oxşar xəbərlər