İmişlidə qəzada xəsarət alan körpə dünyasını dəyişib


  • 1 May 09:03

İmişlidə iki avtomobil toqquşmasında xəsarət alan körpə 1 gün sonra xəstəxanada dünyasını dəyişib.

E-huquq.az-ın əldə etdiyi məlumata görə, aprelin 29-da İmişli şəhəri H.Əliyev prospektindən İmişli rayonu, Otuziki kənd istiqamətində avtomobil yolu ilə hərəkətdə olan sürücü 1996-cı il təvəllüdlü Ləlişli Səmid Razi oğlunun idarə etdiyi “Mercedes Benz” markalı avtomobillə hərəkətdə olan zaman İmişli şəhəri, Q.Nəbi küçəsindən İmişli şəhəri, X.Bəylərov küçəsi istiqamətində avtomobil yolu ilə hərəkətdə olan sürücü 1956-cı il təvəllüdlü Mərdəliyev Sədiyar Əlisəfa oğlunun idarə etdiyi “VAZ-2107” markalı avtomobil toqquşub.

Nəticədə Sədiyar Mərdəliyev sağ bilək sümüyünün tipik yerdən sınığı, sol dirsək sümüyünün sınığı xəsarətləri və onun idarə etdiyi avtomobildə olan sərnişinlər 1991-ci il təvəllüdlü İmanova Günay Sədiyar qızı müxtəlif dərəcəli bədən xəsarətləri alıb, 2024-cü il təvəllüdlü Niftalıyev Nurlan Nemət oğlu kəllə beyin travması, kəllə sümüyünün sınığı və ənsədə gematoma xəsarətləri ilə İmişli Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Aprelin 30-da Nurlan Niftalıyev ölüb.

Faktla bağlı İmişli Rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin 263.2-ci (Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma) maddəsi ilə cinayət işi başlanaraq ibtidai istintaq aparılır.

Orxan Rasifoğlu

Oxşar xəbərlər