Ağstafada avtomobil ağaca çırpılıb, ölən və xəsarət alanlar var


  • 1 May 09:15

Ağstafada sürücü idarəetməni itirərək ağaca çırpılıb, ölən və xəsarət alanlar var.

E-huquq.az-ın əldə etdiyi məlumata görə, 2003-cü il təvəllüdlü, Hüseynov Sənan Cavanşir oğlu idarə etdiyi VAZ-21099 markalı avtomobil ilə Ağstafa-Köçəsgər avtomobil yolunun Köçəsgər kəndi ərazisindən keçən hissəsində kəndarası asfalt-beton örtüklü yolda hərəkətdə olan zaman idarəetməni itirərək yolun kənarında olan ağaca dəyib.

Nəticədə avtomobildə olan sərnişin 2004-cü il təvəllüdlü, Mikayılov Kamal Kamandar oğlunun sağ bazu sümüyünün çapılmış yarası, 2002-ci il təvəllüdlü, Hüseynov Niyaməddin Nurəddin oğlunun sol dirsək sümüyünün açıq sınığı, bədənin müxtəlif nahiyələrinin sıyrılmış yaraları xəsarətləri alıblar və 2005-ci il təvəllüdlü, Məmmədov Murad Şəmistan oğlunun almış olduğu bədən xəsarətləri nəticəsində hadisə yerində ölüb.

Faktla bağlı Ağstafa Rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin 263.2-ci (Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma) maddəsi ilə cinayət işi başlanaraq ibtidai istintaq aparılır.

Orxan Rasifoğlu

Oxşar xəbərlər