Şəmkirdə sürücü idarəetməni itirərək avtoyumaya dəyib, ölən var


  • 1 May 09:19

Şəmkirdə sürücü idarəetməni itirərək avtoyumaya dəyib.

E-huquq.az-ın əldə etdiyi məlumata görə, 1979-cu il təvəllüdlü Şəmkir rayonu, Mahmudlu kəndində yaşayan Quliyev Sənan Murad oğlu idarə etdiyi “BMW 528 minik” markalı avtomobillə Şəmkir rayonu, Kür qəsəbəsi, Sabir Hacıyev küçəsi ilə Şəmkir şəhəri istiqamətində hərəkətdə olarkən idarəetməni itirməsi nəticəsində avtomobil avtoyuma məntəqəsinə çırpılıb.

Nəticədə həmin avtomobildə sərnişin qismində əyləşmiş 1985-ci il təvəllüdlü Şəmkir rayonu, Mahmudlu kəndində yaşayan Kirov Aslan Baris oğlu almış olduğu xəsarətlərdən ölüb.

Faktla bağlı Şəmkir Rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin 263.2-ci (Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma) maddəsi ilə cinayət işi başlanaraq ibtidai istintaq aparılır.

Orxan Rasifoğlu

Oxşar xəbərlər