Məzmuna keç

Ağcabədidə minik avtomobili traktorla toqquşdu, ölən var

Ağcabədidə minik avtomobili traktorla toqquşub, ölən var.

E-huquq.az Fövqəladə Hallar Nazirliyinin (FHN) istinadən xəbər verir ki, hadisə Qiyaməddinli kəndində qeydə alınıb.

Belə ki, "VAZ" markalı minik avtomobili ilə "Belarus" markalı traktor toqquşub və 1 nəfər minik avtomobilində sıxılmış vəziyyətdə qalıb.

FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri çağırış üzrə cəlb olunublar. Həyata keçirilən tədbirlər nəticəsində 1 nəfərin meyiti nəqliyyat vasitəsindən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.