Baş Prokurorluğun idarə rəisi BMT-də çıxış etdi - FOTO


  • 15:06

Amerika Birləşmiş Ştatlarının Nyu-York şəhərində hibrid formatda Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasının Korrupsiyanın qarşısının alınması, onunla mübarizə və beynəlxalq əməkdaşlığın gücləndirilməsinə həsr olunmuş xüsusi sessiyasında Azərbaycan nümayəndə heyətinin üzvü, Baş prokurorluğun İdarə rəisi Elnur Musayev “Korrupsiyaya qarşı mübarizə strategiyalarının gücləndirilməsi məqsədilə Növbəti Nəsil Korrupsiya Analitikası üçün dəqiq Statistikanın forrmalaşdırılması” mövzusuna həsr edilmiş sessiyada çıxış edib.

Bu barədə e-huquq.az-a Baş Prokurorluqdan məlumat verilib.

Bildirilib ki, “Azərbaycanın təcrübəsi: risk göstəricilərinin qiymətləndirilməsi nəticəsində antikorrupsiya fəaliyyət planlarının daha keyfiyyətli hazırlanması” mövzusunda çıxış edən Elnur Musayev ölkə rəhbərliyinin idarəetməsi altında həyata keçirilən antikorrupsiya islahatları barədə məlumat verməklə qabaqcıl təcrübə barədə, o cümlədən “Korrupsiya ilə mübarizənin gücləndirilməsinə dair 2022–2026-cı illər üçün Milli Fəaliyyət Planı”nın qiymətləndirilməsi metodologiyası, bu sahədə risklərin qiymətlərindirilməsində Korrupsiyaya qarşı mübarizə üzrə Komissiya və Baş Prokuror yanında Korrupsiyaya qarşı mübarizə üzrə idarənin rolu ilə tədbir iştirakçılarını tanış edib, həyata keçirilən antikorrupsiya tədbirlərinin ölkəmizdə şəffaflıq və müasir idarəçilik perspektivindən nüfuzunun artmasını vurğulayıb.

Oxşar xəbərlər