Azərbaycanda daha bir rayon prokuroru işdən azad edilib.
E-huquq.az-ın məlumatına görə, bu barədə Baş prokuror Kamran Əliyev əmr imzalayıb.
Əmrə əsasən, Ağstafa rayon prokuroru Aslan Surxayev isə tutduğu vəzifədən azad olunub.
Baş Prokurorluğun Mətbuat Xidmətindən faktı təsdiqləyiblər.
Qeyd edək ki, 2019-cu ilin dekabr ayında Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) keçirdiyi əməliyyat nəticəsində Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı Nizaməddin Quliyev həbs edilib.
Xatırladaq ki, ötən gün imzalanan digər əmrlə Xətai rayon prokuroru Yusif İldırımzadə, Sabunçu rayon prokuroru Ceyhun Şirinov, Nəsimi rayon prokuroru Salman Məmmədli, Qəbələ rayon prokuroru Məqsəd Orucov, Yevlax rayon prokuroru Elxan Pənahov tutduqları vəzifədən azad ediliblər.
