Hakimlər, prokurorluq və polis orqanlarının əməkdaşları üçün yeni davranış qaydaları hazırlanacaq


  • 2 İyun 2020 22:37

Azərbaycanda hakimlər, habelə prokurorluq, polis və digər hüquq mühafizə orqanlarının əməkdaşları üçün yetkinlik yaşına çatmayanlarla davranış qaydaları hazırlanacaq.

E-huquq.az xəbər verir ki, bu, Prezident İlham Əliyevin bu gün imzaladığı sərəncamla təsdiqlənən “Azərbaycan Respublikasının Uşaqlara dair 2020–2030-cu illər üçün Strategiya”da əksini tapıb.

Sənədə əsasən, hakimlər, habelə prokurorluq, polis və digər hüquq mühafizə orqanlarının əməkdaşları üçün bu sahədə təlim proqramları da həyata keçiriləcək. Eyni zamanda cinayət və ya digər hüquq pozuntuları törədən, həmçinin cinayət nəticəsində zərərçəkmiş uşaqlara və müvafiq işlər üzrə onların qanuni nümayəndələrinə ödənişsiz və keyfiyyətli hüquqi yardım göstəriləcək.

Oxşar xəbərlər