Məzmuna keç

“Narkomaniya ümumbəşəri bəladır” və “ Dini radikalizmə qarşı mübarizə” mövzularında məktəblilərlə görüş keçirilib

“Narkomaniya ümumbəşəri bəladır” və “ Dini radikalizmə qarşı mübarizə” mövzularında məktəblilərlə görüş keçirilib

Qax Rayon Polis və Təhsil Şöbələrinin birgə təşkilatçılığı ilə şəhər 2 saylı beynəlmiləl orta məktəbdə “ Narkomaniya ümumbəşəri bəladır” və “ Dini radikalizmə qarşı mübarizə” mövzularında məktəblilərlə görüş keçirilib.

DİN Mətbuat Xidmətinin Şəki regional qrupundan e-huquq.az-a verilən məlumata görə, görüşdə çıxış edən polis şöbəsinin rəisi, polis polkovnik-leytenantı Vidadi Qurbanov narkomaniyanın cəmiyyətdə törətdiyi fəsadlar barədə gənclərə geniş məlumat verib.

Narkomaniyanın gənclər arasında daha tez yayıldığını deyən şöbə rəisi bu baxımdan onların maarifləndirilməsinin zəruriliyini diqqətə çatdırıb. O, şagirdləri diqqətli olmağa və sağlam həyat yaşamağa, daim biliklərini və təhsillərini artırmağa çağırıb.

V. Qurbanov ölkəmizdə dini radikalizm və ekstremizmə qarşı aparılan mübarizə tədbirlərindən də danışıb.

Gənclərin dini radikal qrupların təsirinə düşmələrinin qarşısını almaq üçün dinin onlara düzgün şəkildə çatdırılmağın vacibliyi vurğulanıb.

Sonda məktəbliləri maraqlandıran suallar cavablandırılıb.