Məzmuna keç

DİN Neftçalada baş verən silahlı insidentlə bağlı məlumat yayıb

DİN Neftçalada baş verən silahlı insidentlə bağlı məlumat yayıb

Daxili İşlər Nazirliyi Neftçala rayonunda baş verən silahlı insidentlə bağlı açıqlama yayıb.

E-huquq.az xəbər verir ki, iyunun 19-da Neftçala rayonunun Astanlı kəndi ərazisində kənd sakini M.Məmmədovun münaqişə zəminində ov tüfəngindən açdığı atəşlə həmkəndlisi Ş.Fərzəliyevin ayaq nahiyəsinə xəsarət yetirməsi barədə DİN-in “102 – Zəng Mərkəzi” Xidmətinə məlumat daxil olub.

Ş.Fərzəliyev xəstəxanaya yerləşdirilib.

Neftçala RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində M.Məmmədov saxlanılıb, ondan cinayəti törədərkən istifadə etdiyi, müvafiq sənədləri olmayan “TOZ-63” markalı ov tüfəngi götürülüb.

Faktla bağlı araşdırma aparılır.