Ədliyyə Akademiyasında elekton tədris platforması yaradılıb


  • 9 Sentyabr 2020 15:42

“Pandemiya dövründə elektron tədris aktuallaşdı”.

E-huquq.az xəbər verir ki, bunu Ədliyyə Nazirliyinin onlayn müzakirəsi zamanı Ədliyyə Akademiyasının rektoru vəzifəsini icra edən Elçin Xələfov deyib.

O bildirib ki, distant tədrisin bir növü olan elektron tədris üçün müvafiq avadanlıqlar, vasitələr olmalıdır:

“Ədliyyə Akademiyası bu fəaliyyətə çoxdan hazırlaşırdı. İlk növbədə veb-saytımızı yenilədik, Azərbaycan dilində olan müvafiq proqramları yerləşdirdik. Saytda Avropa Konvensiyasının presedent hüququ ilə bağlı ayrıca guşə mövcuddur. Bu da hakimlər, prokurorlar və vəkillər tərəfindən çox geniş istifadə olunur. Həmçinin Beynəlxalq Miqrasiya Təşkilatının köməkliyi ilə akademiyanın elektron platformasınmı yaratmışıq. Platformanın məqsədi tərdis propsesinin elektronlaşdırılmasından ibarətdir və bu proqram dünyada universitetlərin 40 faizi tərəfindən istifadə olunur”.

Ədliyyə Nazirliyinin onlayn müzakirəsi zamanı Ədliyyə Akademiyasının Tədris şöbəsinin rəisi Mehriban Əfəndizadə bildirib ki, platformaya müxtəlif mövzularda videodərslər yerləşdirilib və pulsuz istifadəyə verilib.

Oxşar xəbərlər