Baş Prokurorluq Gəncədə ölən və yaralananlarla bağlı məlumatı açıqladı


  • 17 Oktyabr 2020 03:15

"Xəbər verildiyi kimi, erməni silahlı qüvvələri tərəfindən 17.10.2020-ci il tarixdə gecə saat 01 radələrində cəbhə zonasından kənarda yerləşən, Azərbaycan Respublikasının ikinci böyük şəhəri olan Gəncənin mərkəzi hissələri raket atəşinə tutulmuşdur. İlkin məlumatlara görə 2-si azyaşlı olmaqla 5 nəfər həlak olmuş, 34 nəfər yaralanmış, çoxsaylı mülki infrastruktur obyektlərə külli miqdarda ziyan dəymişdir".

E-huquq.az xəbər verir ki, bu barədə Baş Prokurorluğun açıqlamasında bildirilir.

"Hazırda hadisə yerində olan prokurorluq əməkdaşları tərəfindən zərərçəkmiş şəxslərin və zərər dəymiş mülki infrastruktur obyektlərin siyahısının dəqiqləşdirilməsi ilə bağlı istintaq-əməliyyat tədbirləri həyata keçirilir.

İctimaiyyətə yaxın vaxtlarda ətraflı məlumat veriləcəkdir", - deyə məlumatda qeyd edilir.

Oxşar xəbərlər