Məzmuna keç

Səfər Mehdiyev və Fərhad Abdullayevin iştirakı ilə tələbələrin yekun dövlət attestasiyası keçirilib

Səfər Mehdiyev və Fərhad Abdullayevin iştirakı ilə

Dövlət Gömrük Komitəsinin (DGK) Akademiyasına 2015-ci ildə bakalavr səviyyəsi üzrə "Hüquqşünaslıq" ixtisasına qəbul olunmuş tələbələrin yekun dövlət attestasiyası (buraxılış işinin müdafiəsi) keçirilir.

DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən e-huquq.az-a verilən məlumata görə, iyulun 2-də baş tutan imtahan prosesində Komitənin sədri, gömrük xidməti general-leytenantı Səfər Mehdiyev, hüquqşünaslıq ixtisası üzrə komissiyanın sədri – Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev, eyni zamanda DGK-nın müvafiq sturukturlarının rəhbərləri, Gömrük Akademiyasının, həmçinin Dövlət Təhlükəsizlik Xidmətinin Heydər Əliyev adına Akademiyasının, o cümlədən Bakı Dövlət Universitetinin professor-müəllim heyəti iştirak ediblər.

İmtahandan əvvəl S.Mehdiyev və Konstitusiya Məhkəməsinin sədri F.Abdullayev tələbələrə uğurlar arzulayıb, onların məzun olduqdan sonra əldə etdikləri bilik və bacarıqları dövlətimizin inkişafı, xalqımızın rifahına sərf edəcəklərinə ümidvar olduqlarını bildiriblər.

Sonra tələbələr seçdikləri mövzuya uyğun buraxılış işlərini təqdim edib, imtahan komissiyası üzvlərinin suallarını ətraflı cavablandırıblar.

Xatırladaq ki, bu il DGK-nin Akademiyasında "Hüquqşünaslıq" ixtisası üzrə 23 tələbənin təhsili başa vurması gözlənilir.