Vilayət Eyvazovdan yeni - TƏYİNAT


  • 10 Yanvar 2021 18:47

Daxili İşlər Nazirliyində kadr dəyişikliyi olub.

E-huquq.az xəbər verir ki, bununla bağlı Nazir Vilayət Eyvazov əmr imzalayıb.

Belə ki, polis polkovnik-leytenantı Ramiz Novruzov Səbail rayon Polis İdarəsinin Cinayət axtarış şöbəsinin rəisi vəzifəsindən azad olunaraq Gəncə şəhər Nizami rayon Polis İdarəsinin rəis müavini təyin olunub.

Qeyd edək ki Nizami RPİ-nin əvvəlki rəis müavini Nəvai Qasımov bir müddət əvvəl Kəpəz rayon Polis İdarəsinə rəis təyin olunub.

Oxşar xəbərlər