Kamran Əliyev: “Prokurorluğun səlahiyyətləri genişləndirilməlidir”


  • 10 Yanvar 2021 23:01

Prokurorluğun səlahiyyətləri daha da artırılmalıdır.

E-huquq.az xəbərverir ki, bunu Azərbaycanın Baş prokuroru Kamran Əliyev "Real" televiziyasına müsahibəsində deyib.

“Cəmiyyətin bəzi müdafiəyə ehtiyacı olan təbəqəsinin maraqları naminə məhkəmələrdə iddia qaldırmaq və digər prosessual addımlar atmaq səlahiyyətinə malik olmasından söhbət gedir. Bu cinayət təqibindən kənar fəaliyyət əsasən bunu əhatə edir. İnzibati icraatda prokurorluğun daha çox səlahiyyətinin artırılması və eyni zamanda cəmiyyətdə xüsusi müdafiəyə ehtiyacı olan şəxslər – azyaşlılar, yaşlı nəsildən söhbət gedir. Onların hüquqlarının müdafiəsi ilə bağlı prokurorluğun səlahiyyətinin genişləndirilməlidir”, K.Əliyev bildirib.

Oxşar xəbərlər