Fikrət Məmmədov məsul işçilərə tapşırıqlar verdi


  • 14 Aprel 2021 20:03

Aprelin 14-də ədliyyə naziri Fikrət Məmmədov paytaxtda və müxtəlif bölgələrdə yaşayan vətəndaşları videoformatda qəbul edib.

E-huquq.az xəbər verir ki, videoqəbulda vətəndaşların ədliyyə fəaliyyəti ilə bağlı müraciətləri dinlənilib, qaldırılan məsələlərin, habelə hərbçilərin müraciətlərinin nəzarətə götürülərək araşdırılması və həlli üzrə zəruri tədbirlərin görülməsi üçün aidiyyəti məsul işçilərə müvafiq tapşırıqlar verilib.

Vətəndaşlar müraciətlərinə həssaslıqla və diqqətlə yanaşılmasına görə ölkə Prezidentinə minnətdarlıqlarını ifadə edib, qəbulun videoformatda təşkilini məmnunluqla qarşılayıblar.

Oxşar xəbərlər