Məzmuna keç

Azərbaycana külli miqdarda siqaretin qaçaqmalçılıq yolu ilə gətirilməsinin qarşısı alındı

Azərbaycana külli miqdarda siqaretin qaçaqmalçılıq yolu ilə gətirilməsinin qarşısı alındı

Dövlət Gömrük Komitəsinin (DGK) Qərb Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinə daxil olan məlumatlar əsasında 3 fakt üzrə 11 200 ədəd siqaretin və 10ədəd spirtli içkinin qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə gətirilməsinin qarşısı alınıb.

DGK-dən e-huquq.az-a verilən məlumata görə, İdarənin "Qırmızı Körpü" gömrük postunda Gürcüstandan gələn, Azərbaycan vətəndaşlarının idarə etdiyi “Mercedes Benz”, “Volkswagen Jetta”, “Mercedes Benz 2500” markalı avtomobillər saxlanılıb və gömrük baxışı keçirilib.

Baxış zamanı avtomobillərin gizli saxlanc yerlərindən 11 200 ədəd “King” markalı siqaret, hər biri 1 litr olmaqla 10 ədəd “Nemiroff” markalı spirtli içki aşkarlanıb.

Faktlarla bağlı araşdırma aparılır.

​​​​​​