DİN azyaşlının məktəbdən oğurlanmağa cəhd olunması iddialarına münasibət bildirdi


  • 25 Noyabr 2021 10:04

Daxili İşlər Nazirliyi (DİN) Bakıda azyaşlı qızın məktəbdən oğurlanmağa cəhd olunması iddialarına münasibət bildirib.

DİN-in Mətbuat Xidmətindən e-huquq.az-a bildirilib ki, azyaşlının qaçırılma cəhdi ilə bağlı iddalar nəzarətə götürülüb.

Qeyd edilib ki, bununla bağlı bütün zəruri tədbirlər icra olunur: "Araşdırmanın nəticəsi ilə bağlı məlumat veriləcəkdir".

Qeyd edək ki, hadisə Bakının Sabunçu rayonunda qeydə alınıb. Azyaşlının ailə üzvləri iddia edir ki, naməlum şəxs onu ağ avtomobilə mindirib. Lakin bir neçə yüz metr getdikdən sonra uşaq avtomobildən düşərək qaçıb.

Oxşar xəbərlər