Azərbaycanda iki rayona yeni prokuror təyin edildi
Zəngilan rayon prokuroru Lalə Hüseynova tutduğu vəzifədən azad olunaraq Hacıqabul rayon prokuroru vəzifəsinə təyin edilib.
E-huquq.az xəbər verir ki, Baş prokuror Kamran Əliyevin digər əmri ilə Baş Prokurorluğun müvafiq idarəsinin böyük prokuroru Qibləli Kərimov tutduğu vəzifədən azad olunaraq Zəngilan rayon prokuroru vəzifəsinə təyin edilib.

