Azərbaycanda prokuror yeni vəzifəyə təyin edildi
Hacıqabul rayon prokuroru Rövşən Maqsudov vəzifəsindən azad edilib.
E-huquq.az-ın xəbərinə görə, bu barədə Baş prokuror Kamran Əliyev əmr imzalayıb.
Əmrə əsasən, o, Ədliyyə, gömrük və vergi orqanlarının istintaq, təhqiqat və əməliyyat-axtarış fəaliyyətində qanunların icrasına nəzarət idarəsinin rəis müavini vəzifəsinə təyin edilib.
İnformasiya Baş Prokurorluğun Mətbuat xidmətindən təsdiqlənib.

