Daxili İşlər naziri generalı təqaüdə göndərdi - FOTO

Daxili İşlər Nazirliyinin (DİN) İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinin rəisi, polis general-mayoru Heydər Heydərov vəzifəsindən azad edilərək təqaüdə göndərilib.


  • 17 Oktyabr 2019 14:45

Daxili İşlər Nazirliyinin (DİN) İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinin rəisi, polis general-mayoru Heydər Heydərov vəzifəsindən azad edilərək təqaüdə göndərilib.

E-huquq.az-ın məlumatına görə, bununla bağlı Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov müvafiq əmr imzalayıb.

Əmrə əsasən, H.Heydərov xidmətdə olmanın son həddi ilə əlaqədar olaraq təqaüdə göndərilib.

İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinin rəisi vəzifəsinə hələlik təyinat olunmayıb.

DİN-in Mətbuat xidmətindən faktı təsdiqləyiblər.

Qeyd edək ki, H.Heydərov İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinin rəisi vəzifəsinə 2017-ci il yanvar ayının 27-də təyin edilib.

Mənbə: Report

Oxşar xəbərlər