Məzmuna keç

FHN əməkdaşları liftdə köməksiz vəziyyətdə qalan azyaşlını xilas ediblər

FHN əməkdaşları liftdə köməksiz vəziyyətdə qalan azyaşlını xilas ediblər

Fövqəladə Hallar Nazirliyinin (FHN) əməkdaşları mənzildə və liftdə köməksiz vəziyyətdə qalan iki nəfəri xilas ediblər.

FHN-dən e-huquq.az-a verilən məlumata görə, nazirliyin "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Bakı şəhərinin Nəsimi rayonunda 1 nəfər mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.

Çağırış ünvanına cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri mənzilin giriş qapısını açıb və vətəndaşı halsız vəziyyətdə aşkar edərək aidiyyəti üzrə təhvil veriblər.

FHN-in "112" qaynar telefon xəttinə daxil olan digər məlumata əsasən, Bakı şəhərinin Suraxanı rayonunda 1 nəfər azyaşlı liftdə köməksiz vəziyyətdə qalıb. Çağırış ünvanına cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri azyaşlının liftdən çıxmasına kömək ediblər.