Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) üzvlərinin iştirakı ilə tədbir keçirilib.
E-huquq.az xəbər verir ki, BQXK Nümayəndəliyi, Penitensiar xidmətin Baş idarəsi və cəzaçəkmə müəssisələrinin məsul əməkdaşlarının iştirakı ilə həbs olunmuş şəxs və məhkumlarla aparılan tərbiyə işinin təşkilinə dair konkret təlim modullarını işləyib hazırlamaq məqsədilə işçi qrupun görüşü təşkil edilib.
İşçi qrupun hazırladığı təlim proqramları Penitensiar xidmətin tərbiyə sahəsində çalışan məsul əməkdaşlarına təqdim edilib, qarşılıqlı fikir mübadiləsindən sonra həmin proqramlara müvafiq əlavələr olunub.
