Abbas Rzayev: "Bu cür tədbirlər tələbələrin biliyinin daha da artmasına xidmət edir"


  • 12:22

"Respublika Hüquq Olimpiadası" tələbələrin biliyinin daha da artmasına xidmət edir.

E-huquq.az xəbər verir ki, bu sözləri Xəzər Rayon Məhkəməsinin sədri Abbas Rzayev Ulu Öndər Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə və "Konstitusiya və Suverenlik İli"nə həsr olunan "Respublika Hüquq Olimpiadası"nın açılış mərasimində çıxışı zamanı deyib.

Sədr olimpiadanın əhəmiyyətindən danışıb: "Hesab edirəm ki, bu tədbir çox əhəmiyyətlidir. Çünki burada əyləşən gənclər bu gün tələbədirlərsə, sabahın prokurorları, hakimləri, vəkilləridirlər. Bu cür tədbirlər onların biliyinin daha da artmasına xidmət edir. "Konstitusiya və Suverenlik İli" çərçivəsində keçirilməsi bu tədbirin əhəmiyyətini daha da artırır. Bütün iştirakçılara uğurlar arzu edirəm".

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər