Məzmuna keç

Turizm şirkətinin mənimsəmədə ittiham olunan xanım əməkdaşlarının məhkəməsi başladı

"Silk Row Travel” turizm şirkətinin mənimsəmədə ittiham olunan üç əməkdaşı Esmira Zeynalova, Məsumə Yusubova və Leyla Reşetovanın cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib.

E-huquq.az verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Fəxri Məmmədovun sədrliyi ilə keçirilən prosesdə anket məlumatları dəqiqləşdirilib.

Məhkəmənin baxış iclası sentyabrın 2-nə tarixinə təyin edilib.

Qeyd edək ki, təqsirləndirilən şəxslər barəsində Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində istintaq aparılıb.

E.Zeynalova və L.Reşetovaya qarşı Cinayət Məcəlləsinin 179.4-cü (xüsusilə külli miqdarda mənimsəmə) və 313-cü (vəzifə saxtakarlığı), M.Yusubovaya isə 313-cü maddə ilə ittiham irəli sürülüb. Təqsirləndirilən şəxslər barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilib.

Cinayət nəticəsində şirkətə 2 milyon manatlıq maddi ziyan dəyib.

Humay Eminqızı