Prokuror 1,5 milyon manatlıq dələduzluqda təqsirəndirilən şəxsə cəza istədi


  • 15:50

"Binə" ticarət mərkəzində işləyən sahibkarların 1,5 milyon manatdan çox pulunu dələduzluq yolu ilə ələ keçirməkdə təqsirləndirilən İlqar Abasovun cinayət işi üzrə məhkəmə iclası baş tutub.

E-huquq.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Anar Sadıqovun sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı çıxış edib.

O, İlqar Abasovun 12 il 3 ay müddətinə azadlıqdan məhrum edilməsini təklif edib.

Təqsirləndirilən şəxsin vəkili çıxış ümün vaxt istədiyinə görə məhkəmənin növbəti iclası 27 avqust tarixinə təyin edilib.

Qeyd edək ki, İ.Abasova qarşı Cinayət Məcəlləsinin 178.4-cü (xüsusilə külli miqdarda dələduzluq etmə) maddəsi ilə ittiham irəli sürülüb.

Cinayət işinin başlanmasına əsas səbəb isə Azadəliyev Samir Rəcəb oğlunun "Binə" ticarət mərkəzində satışını həyata keçirdiyi Türkiyə Respublikasından sifariş etdiyi geyim əşyalarının köçürmə yolu ilə ödənilməsi adı ilə külli miqdarda pulunun Abasov İlqar Bayramqulu oğlu və Nağıyev Sudef Əliağa oğlu tərəfindən ələ keçirilməsi barədə 09 avqust 2023-cü il tarixdə Daxili İşlər Nazirliyinə ünvanlandığı müraciəti olub. Məlum olub ki, Abasov İlqar Bayramqulu oğlu etibardan sui-istifadə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirib xüsusilə külli miqdarlarda ziyan vurmaqla təkrarən dələduzluq edib.

İş üzrə 6 nəfər - Samir Azadəliyev, Ramid Vəliyev, Niyazi Mərdanov, Elşad Hüseynov, Vüsal Kazımov və Sudef Nağıyev zərərçəkmiş şəxs qismində tanınıb.

Humay Eminqızı

Oxşar xəbərlər