İctimai fəal Əhməd Məmmədlinin məhkəməsi başladı


  • 11:16

Qəsdən sağlamlığa ağır zərər vurmaqda təqsirləndirilən ictimai fəal Əhməd Məmmədlinin cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib.

E-huquq.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Vüqar Seyidovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları yoxlanılıb.

Qeyd edək ki, zərərçəkmiş tərəf məhkəmədə iştirak etməyib.

Ə.Məmmədlinin vəkili cinayət işi üzrə icraata xitam verilməsi və təqsirləndirilən şəxsin ev dustaqlığına buraxılmasını istəyib.

Məhkəmə vəsatətləri təmin etməyib.

Müşavirədən sonra cinayət işinin məhkəmə baxışına verilməsi barədə qərar qəbul edilib.

Baxış iclası 3 sentyabr tarixinə təyin edilib.

Qeyd edək ki, mayın 6-da1988-ci il təvəllüdlü Dünyamalıyev Vüqar Rasim oğluna Biləcəri qəsəbəsi R.İsmayılov küçəsində qarın boşluğundan bıçaqla xəsarətlər yetirilib. Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törədən şəxsin 2001-ci il təvəllüdlü Məmmədli Əhməd Vüqar oğlu olduğu müəyyən edilib və o, saxlanılıb.

Faktla bağlı Binəqədi Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 126-cı maddəsi ilə cinayət işi başlanılaraq istintaq aparılıb.

İlkin məlumata görə, hadisəyə taksidə yer üstündə mübahisə səbəb olub. Ə.Məmmədli barəsində Binəqədi Rayon Məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Humay Eminqızı

Oxşar xəbərlər