- 15:34
Narkotik vasitələrin qanunsuz dövriyyəsində təqsirləndirilən Artur Avakyanın cinayət işi üzrə məhkəmənin hazırlıq iclası baş tutub.
E-huquq.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Vüqar Seyidovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.
Məlum olub ki, təqsirləndirilən şəxs Gəncə şəhərində anadan olub, Xəzər rayonunda isə yaşayıb.
Qeyd edək ki, Artur Avokyan adını təəssüf hissi ilə təqdim etdiyini bildirərək Azərbaycanlı olduğu üçün fəxr etdiyini bildirib.
A.Avakyan məhkəmənin ədalətinə güvəndiyini bildirib. O, məhkəmədə jurnalistlərin iştirakına etiraz etməyib və jurnalistlərin ədalətli yazısına güvəndiyini bildirib.
Müşavirədən sonra cinayət işinin məhkəmə baxışına verilməsi barədə qərar qəbul edilib.
Baxış iclası 11 sentyabr tarixinə təyin edilib.
Qeyd edək ki, o, paytaxt ərazisində polis əməkdaşları tərəfindən saxlanıb və Cinayət Məcəlləsinin 234.4.3-cü (qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma, külli miqdarda törədildikdə) maddəsi ilə təqsirli bilinir.
Humay Eminqızı