- 14:34
Adam öldürməyə cəhddə təqsirləndirilən Namik Yaqubovun cinayət işi üzrə məhkəmənin hazırlıq iclası baş tutub.
E-huquq.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Leyla Əsgərova-Məmmədovanın sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən və zərərçəkmiş şəxsin anket məlumatları dəqiqləşdirilib.
Təqsirləndirilən şəxsin vəkili vəsatətlə çıxış edərək müdafiə etdiyi şəxsin sağlamlıq problemləri ilə əlaqədar barəsində seçilmiş həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz edilməsini xahiş edib.
Məhkəmə vəsatəti təmin etməyib.
Müşavirədən sonra cinayət işinin məhkəmə baxışına verilməsi barədə qərar qəbul edilib.
Baxış iclası 8 sentyabr tarixinə təyin edilib.
Qeyd edək ki, Namik Yaqubov Cinayət Məcəlləsinin 29.120.2.2, 29.120.2.4, 157.1 maddələri ilə təqsirli bilinib.
Humay Eminqızı