- 20:51
Maştağa qəsəbəsində gəlnini qətlə yetirməkdə təqsirləndirilən Ağanəbi Əliyevin cinayət işi üzrə məhkəmənin hazırlıq iclası baş tutub.
E-huquq.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Vüqar Seyidovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.
Müşavirədən sonra cinayət işinin məhkəmə baxışına verilməsi barədə qərar qəbul edilib.
Onun barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılıb.
Məhkəmənin baxış iclası 18 sentyabr tarixinə təyin edilib.
Qeyd edək ki, 66 yaşlı Ağanəbi Əliyev 33 yaşlı gəlini Dürdanə Əliyevanı bıçaqlayaraq öldürməkdə ittiham olunur. Hadisənin ailədaxili mübahisə zəminində baş verdiyi ehtimal olunur. Məlumata görə, D.Əliyeva mübahisə zamanı qayınatasını təhqir edib, bundan əsəbiləşən A.Əliyev onu qətlə yetirib Qətlə yetirilən qadının üç azyaşlı övladı olub.
Humay Eminqızı