- 20:51
Özünü yalandan “İnvest az” şirkətinin rəhbəri kimi təqdim edərək dələduzluq etməkdə təqsirləndirilən Rövşən Dadaşovun cinayət işi üzrə məhkə işi yekunlaşıb.
E-huquq.az-ın məlumatına görə, Abşeron Rayon Məhkəməsinin hakimi Şəfəq Məmmədovanın sədrliyi ilə keçirilən sonuncu prosesdə hökm oxunub.
Hökmə əsasən, ona 2 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilib. Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən onun cəzası Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə təyin edilmiş 6 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanmaqla, təqsirləndirilən şəxs 7 il 8 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilib.
İttihsma görə, R.Dadaşov zərərçəkmiş şəxsə özünü yalandan “İnvest az” şirkətinin rəhbəri kimi təqdim edib, birjada kompaniya keçirildiyini və hər 1000 ABŞ dollarına 100 ABŞ dolları qazanc əldə edilməsi barədə yalan məlumat verərək birjaya pul qoyacağı halda hər 1000 ABŞ dollarına 100 ABŞ dolları qazanc əldə edəcəyinə dair vəd verib inandırıb. Bu məqsədlə zərərçəkmişin 27.200 manat təşkil edən 16.000 ABŞ dollarını alıb ələ keçirərək vədinə əməl etməyib.
Ona qarş Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə ittiham irəli sürülüb.
Şəbnəm Mehdizadə