- 20:51
Bakı İnzibati Məhkəməsi ilin sonunadək yeni inzibati binaya köçürüləcək.
Bu barədə e-huquq.az-ın sorğusuna cavab olaraq Ədliyyə Nazirliyindən bildirilib.
Qeyd olunub ki, Ədliyyə Nazirliyi qanunvericiliyə uyğun olaraq müvafiq məhkəmələrin maliyyə və digər maddi-texniki təminatını həyata keçirir.
Bildirilib ki, Keçmiş Təfəkkür Universitetinin Bakı şəhəri, Nərimanov rayonu ərazisində yerləşən binasının Bakı İnzibati Məhkəməsinə verilməsi ilə bağlı qərar Ədliyyə Nazirliyi tərəfindən və Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin müvafiq qərarına əsasən qəbul olunub.
"Bina məhkəməyə icarə müqaviləsi əsasında daimi istifadə üçün verilir. Binanın təmir işləri, inventar və avadanlıqlarla təchizolunma prosesi artıq yekunlaşıb. Məhkəmənin yeni binaya tam şəkildə köçürülməsi ilin sonunadək müvafiq texniki işlər yekunlaşdıqdan sonra nəzərdə tutulur", - deyə məlumatda qeyd olunub.
Şəbnəm Mehdizadə