- 17:04
Ali Məhkəmədə Bakıda qətl törətməkdə təqsirləndirilən Elvin Əsədov barəsində olan hökmdən verilən kassasiya şikayətinə baxılıb.
E-huquq.az xəbər verir ki, hakim İlqar Cəfərovun sədrliyi ilə keçirilən iclasda qərar qəbul olunub.
Qərara əsasən, kassasiya şikayəti təmin edilməyib və hökm qüvvədə saxlanılıb.
Xatırladaq ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Elvin Əsədov 12 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan prokuror protest verib. Bakı Apellyasiya Məıhkəməsi Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmünü ləğv edib və iş üzrə yeni ittiham hökmü çıxarılıb. Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 120.2.5-ci maddəsi ilə təqsirli bilinərək cəzası 14 ilə qaldırılıb.
Qeyd edək ki, Elvin Əsədov tanışı Zamiq Cabbarova olan 2 min 500 manat faiz pul borcunu ödəməkdən yayınmaq məqsədilə onu öldürməkdə ittiham olunub.
Humay Eminqızı