- 9 Sentyabr 20:13
Ali Məhkəmədə Bakıda dələduzluqda təqsirləndirilən Əlövsət Nəsirovun barəsindəki qərardan dövlət ittihamçısı tərəfindən verilən kassasiya protestinə baxılıb.
E-huquq.az xəbər verir ki, hakim Ələsgər Novruzovun sədrliyi ilə keçirilən iclasda qərar qəbul olunub.
Qərara əsasən, kassasiya şikayəti təmin edilməyib və hökm qüvvədə saxlanılıb.
Xatırladaq ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə ona şərti cəza verilib. Hökmdən narazı qalan dövlət ittihamçısı apellyasiya protesti verib. Bakı Apellyasiya Məhkəməsi isə protesti təmin etməyib.
İttihama görə, Ə.Nəsirov bir neçə şəxsə qarşı 396 630 min manatlıq dələduzluq edib.
Humay Eminqızı