- 15:57
Bakıda mağazadan oğurluq etməkdə təqsirləndirilən Əli Bayramovun cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.
E-huquq.az-ın məlumatına görə, Binəqədi Rayon Məhkəməsində hakim Aytəkin İbrahimovanın sədrliyi ilə keçirilən sonuncu prosesdə hökm oxunub.
Hökmə əsasən, Ə.Bayramova 1 il 6 ay müddətə azadlığın məhdudlaşdırılması (elektron qolbaq) cəzası təyin edilib.
İttihama görə, o, mağazanın giriş qapısının kilidini güc tətbiq etmək yolu ilə açmaqla, binaya və daha sonra orada saxlanc yeri hesab olunan kassa olan dolaba və kassaya qanunsuz daxil olaraq oradan 580 manat nağd pulu gizli olaraq talayıb. Ə.Bayramova qarşı Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə ittiham irəli sürülüb.
Şəbnəm Mehdizadə